Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Yaponiya Baş naziri Fumio Kişidanı Xirosima və Naqasakinin yüz minlərlə qurbanının xatirəsinə xəyanət etməkdə ittiham edib.

Teleqraf.com xəbər verir ki, baş naziri ABŞ Prezidenti Co Baydenlə birgə bəyanatına görə tənqid edən Medvedev onu “Vaşinqtonun qulluqçusu” adlandırıb.

“Yaponiya hökumətinin başçısı alçaldıcı ekstaz içində Xirosima və Naqasakiyə nüvə atəşində yanan yüz minlərlə yaponun xatirəsinə xəyanət edərək Rusiya haqqında cəfəngiyyat danışır”, - Rusiya rəsmisi bildirib.

Bundan əvvəl Medvedev Bayden və Kişidanın Ukraynaya mümkün nüvə zərbəsi ilə bağlı bəyanatına reaksiya verərək, bu sözləri “paranoya” adlandırmışdı.