Avstraliyanın Kvinslend əyalətində iki helikopterin toqquşması nəticəsində 4 nəfər ölüb, 3-ü ağır olmaqla 9 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, hadisə ştatın Qızıl Sahil şəhərinin Main Beach çimərliyində yerli vaxtla saat 13:59-da baş verib.

Açıqlamada qəzada ölən və ağır yaralananların hamısının eyni helikopterdən olduğu bildirilib. Toqquşan helikopterin uğurla eniş etdiyi deyilir.

Avstraliya Nəqliyyat Təhlükəsizliyi Bürosu qəza ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

Hadisə şahidləri bildirirlər ki, helikopterlərdən biri havaya qalxarkən, digəri isə eniş edərkən toqquşublar. Toqquşma nəticəsində iki helikopterdən biri qumluğa enməyi bacarıb, digəri isə suya düşüb.