Karib arxipelaqı ölkəsi olan Baham adalarında tankerdən 113,56 kubmetr neft sızması baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Baham adalarının baş naziri vəzifəsini icra edən Çester Kuper açıqlama verib.

Onun sözlərinə görə, Sun Oil ilə müqavilə bağlayan “The Arabian” adlı tanker gəmisi Corc Taun şəhərindəki Köhnə Dəniz Bazasının ərazisində yanacaq boşaldarkən neft sızması baş verib: “Tankerdən 113,56 kubmetr neft sızıb, yanacaq isə Böyük Ekzuma adasındakı buxtada yığılıb. Qısa zamanda rəsmilər problemi həll edəcəklər. Tanker gəmisinin müqaviləsi olan Sun Oil neft şirkəti rəsmiləri ilə əlaqə saxlanılıb və şirkət məsələ ilə maraqlanıb”.

Qeyd edək ki, arxipelaq ölkəsi olan Baham adalarında yerləşən Böyük Exuma adası ağ qumlu çimərlikləri və təmiz mavi dənizi ilə məşhur turizm məkanıdır.