Fransada məhkəmə qərarı ilə terrorçuluğa yardım göstərməkdə şübhəli bilinən üç nəfərə qarşı ittiham irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, sözügedən şəxslər Suriya-İraq zonasında olan terrorçuya maddi-texniki və maliyyə yardımı göstərməkdə şübhəli bilinirlər.

Şübhəli bilinən şəxslərin tutulması əməliyyatı Fransanın Reyms şəhərində Daxili Təhlükəsizlik Baş İdarəsi əməkdaşları və RAID xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.