Ukrayna hərbçiləri ABŞ-dan aldığı reaktiv yaylım atəşi sistemləri ilə Rusiya ərazisinə hücum etmək niyyətində deyil. Ukrayna bu silahlardan yalnız rus işğalçılarına qarşı müdafiə üçün istifadə edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, Kiyevi uzaqmənzilli silahlarla təmin etmək çağırışları Ukrayna ərazisini qorumaq məqsədi daşıyır.
O qeyd edib ki, Ukrayna hərbçiləri Rusiyanın etdiyini təkrarlamayacaq, onun ərazilərinə hücum etməyəcək.
“ABŞ və Ağ Evdə olan bəzi insanlar bizə deyirlər ki, Rusiyaya hücum etmək üçün bu yaylım atəş sistemlərindən istifadə edə bilərik. Amma Rusiyaya hücum etmək fikrində deyilik. Bizi Rusiya maraqlandırmır, biz onun ərazisində müharibə aparmırıq”, - Zelenski vurğulayıb.