Ötən gün Rusiya Xarici işlər naziri Sergey Lavrov İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşməzdən əvvəl ABŞ dövlət katibi Antoni Blinkenlə danışıb.

Teleqraf.com xəbər verir ki, telefon müzakirəsinin ana xəttini İran ilə imzalanan, amma ABŞ-ın sabiq prezidenti Tramp dönəmində çıxılan İranla nüvə anlaşması sazişi olub.

Rusiya Xarici İşlər Nazirliyi bu faktı təsdiq edib.

Nazirliyin məlumatında qeyd edilib ki, Sergey Lavrov amerikalı həmkarı Antoni Blinkenlə telefonda müzakirə aparıb. Əsasən İranın nüvə proqramı çərçivəsində əldə olunan razılaşmaya Tehran daxil olmaqla bütün tərəflərin tam əməl olunması mövzusunda fikir mübadiləsi aparılıb. Bundan başqa tərəflər digər ikitərəfli məsələləri də müzakirə ediblər.

Bu isə o deməkdir ki, ABŞ diplomatik kanallar vasitəsilə Moskvadan tehranlı nazirə hansısa ismarışlar göndərib. Halbuki nair təyin edildikdən sonra aqressiv açıqlamaları ilə gündəmə gələn Abdullahiyan anti-Azərbaycan mövqeyi səsləndirməklə də barəsində mənfi imic formalaşdırmışdı.