ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı hökumət başçısı Co Baydeni boksda asanlıqla məğlub edə biləcəyini söyləyib.

Teleqraf.com xəbər verir ki, keçən il seçkilərdə Co Baydenə məğlub olan Donald Tramp boks yarışlarının şərhçisi olub.

Keçmişdə televiziyada realiti şou təcrübəsi olan Tramp Evander Holfild və Vitor Belfort arasında keçirilən matçın yayımı zamanı Baydeni də unutmayıb.

“Boks döyüşü üçün peşəkar birini seçmək çətin olardı. Bunun üstündən keçirəm, çünki bu çox təhlükəlidir. Ancaq Baydenlə döyüşmək yəqin ki, mənim üçün çox asan olardı. Baydeni çox asan və tez aşırdardım. İlk saniyələrdə yerə sərilərdi”, - Tramp qeyd edib.