Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus RFS 499 nömrəli "Admiral Makarov" hərbi gəmisi İstanbul boğazından keçib.

Teleqraf.com xəbər verir ki, yerli vaxtla saat 07:40-da boğazdan keçid edən gəmini Sahil Mühafizəsi gəmisi müşayiət edib.

"Admiral Makarov"un Mərmərə dənizindən keçib Egey dənizinə doğru istiqamətlənəcəyi güman edilir.