Rusiya Bolşevik İnqilabının lideri Vladimir Leninin Ukraynadakı sonuncu heykəli sökülüb.

Teleqraf.com xəbər verir ki, Leninin Odessa bölgəsində qalan son heykəlinin bu gün götürüldüyü bildirilib.

Bu barədə “Svitanok” adlı qeyri-hökumət təşkilatının sədri Vadim Pozdnyakov məlumat verib:

“İşğal olunmuş ərazilər xaricində, Leninin Ukraynadakı son heykəli darmadağın edildi. Heykəl Odessa vilayətinin Stari Troyanı kəndində qoyulmuşdu”.

Ukraynada 2015-ci ildən bəri sovet simvollarının təbliğini qadağan edən qanun tətbiq olunur. Qanun Sovet İttifaqı liderlərinin adlarını daşıyan şəhər, qəsəbə, kənd və küçə adlarının dəyişdirilməsinə də şamil edilir.