“Koronavirus peyvəndi ən qısa müddətdə paylanacaq. Tezliklə böyük bir sürprizlə qarşılaşa bilərsiniz".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
Tramp ABŞ-ın Demokratların rəhbərliyində olduğu halda peyvənd araşdırmalarının 2-3 ilə qədər davam edəcəyini iddia edib:
“Ancaq biz peyvəndə ən qısa zamanda sahib ola biləcəyik, bu, oktyabr ayında da ola bilər”.
Tramp Demokratlar Partiyasından rəqibi Co Baydenin COVID-19 siyasətini sərt şəkildə tənqid edib:
“Baydenin planı bütün ölkənin iqtisadi fəaliyyətini dayandırmaqdır. Bayden on milyonlarla insanı işdən çıxaracaq və bu da ürək xəstəlikləri, depressiya, intihar və maddə asılılığına səbəb olacaq".
Tramp Baydeni Çin tərəfdarı olmaqda günahlandırıb:
“Əgər 3 noyabr prezident seçkilərində Co Bayden seçilərsə, iqtisadiyyat çökəcək. Bayden seçkilərdə qalib gəlsə, Çin qazanacaq və ölkəmizə sahib çıxacaq. Bayden və liberal seçki dostu Kamala Harris bu ölkəni məhv edəcək. Onlar peyvənd əleyhinə məsuliyyətsiz çıxışlarına görə üzr istəməlidirlər”.
Tramp ölkəsinin COVID-19 epidemiyasının yaratdığı böhrandan sürətlə qurtulduğunu da deyib:
“Avqust ayında Amerikada 14 milyon insan çalışıb, may ayından bəri rekord dərəcədə 10,6 milyon nəfəri işlə təmin etdik. Rəhbərliyim altında gələn il ölkəmizin tarixindəki ən böyük iqtisadi il olacaq. Amerikaya üstünlük verən siyasətlə görünməmiş bir rifah əldə ediləcəyik və yeni vergi endirimləri tətbiq edəcəyik. Hazırda yeddi əsas ədalətli ticarət müqaviləsi üzərində işləyirik".