ABŞ-ın sabiq prezidenti Corc Buş (Ata Buş) aktrisa Hezer Linddən üzr istəyib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Lində qarşı heç bir pis niyyətinin olmadığını bildirib:
“Əgər zarafatım Lindin xətrinə dəydisə, ondan üzr istəyirəm”.
Qeyd edək ki, Hezer Lind ata Buşun 4 il əvvəl ona təcavüz etdiyini bildirib: “Fotosessiya etdirən zaman Corc Buş əlil kreslosunda mənə yaxınlaşdı. Mən ona salam vermək üçün əl uzatdım. O isə mənim əlimi tutmaqdansa, bədənimə toxundu. Bu zaman Buşun həyat yoldaşı Barbara da yanımızda idi. Bu hal iki dəfə təkrarlandı. Ancaq Barbara buna heç nə demədi. Fikrimcə, o, vəziyyətindən istifadə edərək, bir neçə qadına qarşı oxşar addım atıb”.