Misirin sabiq prezidenti Məhəmməd Mursinin oğlu Üsamə Mursi Şərkiyə adlanan inzibati mərkəzdə həbs edilib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, eks-prezidentin oğlu Zakazig şəhərində polis tərəfindən saxlanılıb. Məlumata görə, Üsamə Mursi ölkədə qadağan edilmiş "Müsəlman qardaşları" hərəkatının təşkil etdiyi ixtişaşlara qoşulmaqda ittiham edilir.