BAKI, 5 oktyabr. TELEQRAF
Oktyabrın 6-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstan Respublikasına səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə QMİ məlumat yayıb.
Bildirilib ki, Şeyxülislam A. Paşazadənin Astanaya səfər çərçivəsində Qazaxıstanın yüksək səviyyəli rəsmiləri ilə, habelə tədbir iştirakçıları ilə ikitərəfli görüşləri nəzərdə tutulur.