BAKI, 5 oktyabr. TELEQRAF

“Yeni müharibə başlayacağı təqdirdə onun alovu hamını bürüyəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əli Abdullahi deyib.

O iddia edib ki, İsrail hansısa səbəbdən yenidən hesablamalarında səhvə yol versə və yeni müharibənin başlanmasına səbəb olsa, İran ordusunun qəzəbi onun bütün məqsədlərini puça çıxaracaq.

“Tramp da bilsin ki, İran ABŞ Konqresinə keçiriləcək seçkilərin nəticələrini gözləməyir. İstər seçkilərdən əvvəl, istərsə də sonra və nəticədən asılı olmayaraq, əgər ABŞ özü və ya İsrailin təhriki ilə bizə qarşı hansısa addım atsa, Silahlı Qüvvələr şiddətlə, sərt və ağrılı şəkildə, heç bir məhdudiyyət olmadan Amerika obyektlərini hədəfə alacaq.

“Bölgədə ABŞ-yə ev sahibliyi edən ölkələr bilsinlər ki, təhlükəsizliyin pozulmasının və iqtisadi problemlərin yaranmasının əsas amili Amerika ordusunun regiondakı mövcudluğudur. Bu mövcudluq davam etdiyi müddətdə təhlükəsizliksizlik də olmayacaq. Bilin ki, yeni müharibə başlayacağı təqdirdə onun alovu hamını bürüyəcək”.

Əli Abdullahi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə də xəbərdarlıq edib: “İranın nüvə obyektləri ilə bağlı əsassız açıqlamalar verməyə davam etməkdən çəkinin”.