BAKI, 5 oktyabr. TELEQRAF

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin büstünə zərər vurmaqda ittiham olunan Ermənistan vətəndaşı İ.A.-nın işi üzrə ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Teona Peradze bildirib.

Peradzenin sözlərinə görə, müvəkkili hazırda məhkəməyəqədər həbsdədir və iş üzrə istintaq davam edir.

40 yaşlı kişi sentyabrın sonundan bəri 8 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. O, Gürcüstan Cinayət Məcəlləsinin əmlaka dəyən ziyana görə məsuliyyət nəzərdə tutan 187-ci maddəsi ilə ittiham olunur.

O, 5 ilə qədər həbs cəzası ala bilər.