BAKI, 12 aprel. TELEQRAF

Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turnirinə start verilib.

Teleqraf-ın məlumatına görə, Boks Mərkəzində keçirilən yarışın ilk günündə 1/8 final mərhələsinin 24 döyüşü baş tutub.

Azərbaycan millisinin kişi boksçularından beşi 1/4 final mərhələsinə yüksəlib.

Yarışın ikinci günündə qadın boksçular da mübarizəyə qoşulacaq. Döyüşlər saat 14:00-da başlayacaq.

Qeyd edək ki, 9 ölkənin millisinin qatıldığı turnirin qaliblərinin adları aprelin 15-də müəyyənləşəcək.