
BAKI. 11 aprel. TELEQRAF
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Teleqraf xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan 3-cü yer uğrunda görüşdə finlandiyalı Cenna Hemyaiyə qalib gəlib - 10:3.
Beləliklə, qadın güləşi üzrə yığmanın 4 üzvündən yalnız 1-i fəxri kürsüdə yer almağı bacarıb. Bu nəticə ilə Azərbaycan millisi ümumi hesabda 9-cu yeri tutub.