BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan milli komandasının yunan-Roma güləşçisi Eldəniz Əzizli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

Teleqraf xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan üçqat Avropa çempionu erməni rəqibi Manvel Xaçatryanı 5:1 hesabı ilə üstələyərək finala yüksəlib. Bu, onun karyerası ərzində 4-cü final qarşılaşması olacaq.

63 kq-da Murad Məmmədov 1/2 finalda türkiyəli Kərəm Kamala 4:5 hesabı ilə uduzub. O, bürünc medal şanslarını qoruyur.

87 kq-da İslam Abbasov norveçli Semen Novikova hesabı ilə məğlub olub. Abbasov bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün 20:00-dan etibarən iqadın güləşçilərin medal qarşılaşmaları start götürəcək. Azərbaycan təmsilçisi Jalə Əliyeva 57 kq çəkidə finlandiyalı Cenna Hemyai ilə bürünc medal uğrunda mübarizə aparacaq.