
BAKI, 10 aprel. TELEQRAF
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
Teleqraf-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Əliyeva 1/4 finalda polşalı Maqdalena Qlodekə "tuş"la qalib.
O, yarımfinalda türkiyəli Elvira Kamaloğlu ilə güləşəcək.
62 kq çəkidəki Ruzanna Məmmədova isə 1/8 finalda almaniyalı Luisa Niemeşə 1:7 hesabı ilə məğlub olub.
Yarımfinal görüşləri bu axşam olacaq.
Bu gün həm də Azərbaycanın daha bir təmsilçisi Alyona Kolesnik 59 kq çəkidə üçüncü yer uğrunda görüşdə italiyalı Aurora Russo ilə üz-üzə gələcək.