BAKI, 16 fevral. TELEQRAF

Azərbaycan cüdoçularının Bakıda keçirilən Böyük Dəbilqə turnirindəki çıxışı yekunlaşıb.

Teleqraf xəbər verir ki, son yarış günündə mübarizə aparan 9 (8 kişi, 1 qadın) idmançıdan yalnız ikisi medal görüşünə çıxıb.

100 kq çəki kateqoriyasında yarışan Əjdər Bağırov bürünc medal uğrunda yarışda Beynəlxalq Cüdo Federiyasınin (IJF) təmsilçisi Niyaz Bilalova, 100+ kq çəkidə mübarizə aparan Kənan Nəsibov isə yaponiyalı Kanta Nakanoya məğlub olub.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıblar.

Bu nəticə ilə Azərbaycan komandası medal əyarına görə Yaponiya və Almaniyadan sonra ümumi sıralamada ikinci, kişilər arasında isə Yaponiyadan sonra ikinci pillədə qərarlaşıb.