BAKI, 15 fevral. TELEQRAF

Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycan yığması daha iki medal qazanıb.

Teleqraf xəbər verir ki, 73 kq çəki dərəcəsində Vüsal Qələndərzadə 3-cü yer uğrunda görüşdə yaponiyalı Ryuqa Tanaka ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Qələndərzadə Azərbaycan millisinin aktivinə üçüncü bürünc medalı yazdırıb.

Bu çəkidə Azərbaycanın digər təmsilçisi Rəşid Məmmədəliyev isə zədəli olduğu üçün final görüşünə çıxmayıb və gümüş medalla kifayətlənib.