
BAKI, 15 fevral. TELEQRAF
Milli Gimnastika Arenasında keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın daha 11 cüdoçusu mübarizə aparacaq.
Teleqraf xəbər verir ki, kişilərin mübarizəsinə 8, qadınların yarışına 3 idmançı qatılacaq.
Kişilər 1/16 finaldan, qadınlar isə 1/8 finaldan çıxış etməyə başlayacaqlar.
73 kq
Rəşid Məmmədəliyev - Anqsarbek Qaunillin (Qazaxıstan)
İbrahim Əliyev - Tatsuki İşihara (Yaponiya)
Vüsal Qələndərzadə - Leonardo Valeriyani (İtaliya)
Qədir Hüseynov - Donqhyun Bae (Cənubi Koreya)
81 kq
Zelim Tçkayev – Leonardo Kasaqliya (İtaliya)
Ömər Rəcəbli - Artur Marqelidon (Kanada)
Məhərrəm İmamverdiyev - Yan Svoboda (Çexiya)
Süleyman Şükürov - Nas Herkoviç (Sloveniya)
63 kq
Nərgiz Hacıyeva - Nataliya Kropska (Polşa)
70 kq
Südabə Ağayeva - Şiho Tanaka (Yaponiya)
Günel Həsənli - Lara Svyetko (Xorvatiya)
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıb.