
BAKI, 14 fevral. TELEQRAF
Azərbaycan milli komandası Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinin ilk günündə ikinci medalını qazanıb.
Teleqraf xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov üçüncü yer uğrunda qarşılaşmada qələbə qazanıb.
O, özbəkistanlı Azizbek Ortıkovü məğlub edərək bürünc medala yiyələnib.
Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev də (60 kq) bürünc medal qazanmışdı.