
BAKI. 14 fevral. TELEQRAF
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində bürünc medal görüşünə çıxıb.
Teleqraf xəbər verir ki, 60 kq çəki dərəcəsində rəqib ukraynalı Dilşot Xalmatov olub. Qarşılaşmadan qızıl xal bölümündə cərimə xalları sayəsində qalib ayrılan Yusifov üçüncü yeri tutub. Bununla da Azərbaycan yığması Böyük Dəbilqədə ilk medalını qazanıb.
Bu çəkidə yer alan azərbaycanlı digər cüdoçu Balabəy Ağayev isə rəqibi belçikalı Yorre Verstraetenə ipponla uduzaraq, 5-ci yeri tutub.
Bu gün Azərbaycanın daha bir təmsilçisi Elşən Əsədov 66 kq çəki dərəcəsində bürünc medal görüşündə özbəkistanlı Azizbek Ortikovla münasibətlərinə aydınlıq gətirəcək.