![](https://teleqraf.az/storage/2025/02/08/715x378/img_7450.jpg)
BAKI, 8 fevral. TELEQRAF
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçiriləcək “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.
Teleqraf xəbər verir ki, yarışda ölkəni taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov, məşqçisi Günay Zeynalovanın rəhbərliyi altında 30 idmançı təmsil edəcək.
Qeyd edək ki, böyüklər yaş qrupu üzrə yarışlar fevralın 11-i və 12-də baş tutacaq.