BAKI, 8 fevral. TELEQRAF

Dünya Taekvondosunun 2025-ci ilin fevral ayı üçün reytinq siyahısı açıqlanıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan taekvondo millisinin üzvü Qaşim Maqomedov 120 xalla dünya reytinqində ikinci pillədə qərarlaşıb.

Siyahıya Cənubi Koreyadan olan Pak The Cun başçılıq edir.

Qeyd edək ki, Qaşim Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və 2023-cü il Avropa çempionatının qalibidir.