BAKI, 7 fevral. TELEQRAF

Fevralın 8-də Antalya şəhərində parataekvondo üzrə Türkiyə Açıq Beynəlxalq Turniri keçiriləcək.

Teleqraf xəbər verir ki, turnirdə Azərbaycanı K44 kateqoriyasında Amin Əliyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), Orxan Cəfərov (80 kq) və Şahmar Quliyev (+80 kq) təmsil edəcək.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Qeyd edək ki, Azərbaycan millisini yarışa baş məşqçi Fərid Tağızadə və komandanın böyük məşqçisi Yaşar Səfərov çıxaracaq.