BAKI, 10 sentyabr. TELEQRAF

Azərbaycanda sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində yeni tədbirlər həyata keçiriləcək.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, sahibsiz heyvanlar üçün sığınacaqların tikilməsi və həmin sığınacaqlara heyvanların qəbul edilməsi işləri 2027–2032-ci illər ərzində yerli icra hakimiyyəti orqanları, AQTA, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icra olunacaq.