BAKI, 14 yanvar. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə mədəni irsin, o cümlədən arxeoloji abidələrin qorunması ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, mədəni irsə vurulmuş zərərlə bağlı beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması və dəymiş zərərin əvəzinin ödənilməsi məqsədilə tədbirlər görülməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Mədəniyyət Konsepsiyasında əks olunub.
2026–2030-cu illərdə mövcud vəziyyətin təhlili, məlumatların sistemləşdirilməsi nəzərdə tutulub.