BAKI, 21 iyul. TELEQRAF
Prezident İlham Əliyev Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə ölkənin media sahəsində fəaliyyət göstərən bir qrup jurnalisti təltif edib.
Teleqraf xəbər verir ki, təltif olunanlar arasında "Teleqraf" Media Qrupunun əməkdaşları da var.
"Teleqraf" İnformasiya Agentliyinin baş redaktoru Cavadzadə Nərgiz Ehlam qızı "Tərəqqi" medalı ilə təltif edilib.
Bundan başqa, Axar.az portalının baş redaktoru Niftəliyev Anar Mahmud oğlu, Publika.az portalının baş redaktoru Muxtarov Natiq Muxtar oğlu və Publika.az-ın redaktoru Nərimanlı Asif Cəlal oğlu "Tərəqqi" medalına layiq görülüblər.