BAKI, 22 may. TELEQRAF

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif olunub.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Həsənov Ərəstun Həsənağa oğlu, Qənbərov Mirsalam Böyükağa oğlu, Sefiyev Amil Mirdaməd oğlu, Şiralıyev Mayıs Ağahüseyin oğlu və Tarverdiyev Qafar Hüseyn oğlu "Tərəqqi" medalı ilə, Aslanov İlqar Vaqif oğlu və İbadova Sevinc Qafar qızı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.