BAKI, 16 sentyabr. TELEQRAF

Gürcüstan parlamenti səs çoxluğu ilə Tamaz Boraşvilini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təsdiqləyib.

Teleqraf xəbər verir ki, parlamentin 83 üzvü lehinə səs verərkən, əleyhinə çıxan olmayıb.

Dövlət Təhlükəsizliyi Xidməti rəisinin səlahiyyət müddəti altı ildir.

Tamaz Boraşvili sentyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsindən istefa verən Geka Geladzeni əvəz edib.