BAKI, 14 sentyabr. TELEQRAF

Geka Geladze Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

“Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən istefa vermək qərarına gəldim. Siyasi komanda ilə məsləhətləşmələr nəticəsində fəaliyyətimi başqa qurumda davam etdirəcəm və orada ölkəmizin və xalqımızın maraqlarına tam məsuliyyətlə xidmət etməyə davam edəcəm”, - Geladze bildirib.