BAKI, 4 sentyabr. TELEQRAF
“Ermənistanda içməli və suvarma suyu ilə bağlı ciddi problemlərlə üzləşməyən yaşayış məntəqəsi yoxdur”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ölkədə əkin sahələrinin və bağların yalnız kiçik hissəsi suvarma sisteminə çıxış əldə edib, minlərlə hektar isə becərilməmiş qalıb. Halbuki bu ərazilərdə minlərlə hektar meyvə bağı salmaq və on minlərlə ton məhsul əldə etmək mümkün idi”, - Paşinyan qeyd edib.