BAKI, 31 avqust. TELEQRAF
İllik işçi toplantısı çərçivəsində Ermənistan Xarici İşlər Nazirliyinin rəhbər heyəti və xaricdəki diplomatik xidmət orqanlarının rəhbərləri nazir Ararat Mirzoyanın rəhbərliyi ilə Ermənistan-Türkiyə sərhədində yerləşən “Axurik” keçid məntəqəsində və Gümrü-Qars dəmir yolunun “Axuryan” stansiyasında olublar.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı dəmir yolunun bərpasının və istismara verilməsinin əhəmiyyətinə, eləcə də bu istiqamətdə görülən işlərin gedişinə toxunulub.
“İnfrastrukturun inkişafı Ermənistanın regional kommunikasiya layihələrinə effektiv şəkildə cəlb olunması üçün əhəmiyyət daşıyır”, - Ermənistan XİN qeyd edib.