BAKI, 12 avqust. TELEQRAF

“Rusiya Gürcüstan ərazilərinin işğalı ilə nəticələnən siyasət yürüdüb və bizim bu məsələdə çox sərt mövqeyimiz var”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Mənim üçün ancaq bir mövqe məqbuldur: ilk növbədə hökumətin apardığı siyasətlə xalqları bir-birindən ayırmaq lazımdır. Məhz həmin siyasət nəticəsində ərazilərimizin işğalı baş verib. Rusiya hökumətinin yürütdüyü siyasət ərazilərimizin işğalı ilə nəticələnib. Bununla bağlı çox sərt mövqeyimiz var və bu mövqe konkret sərt siyasi addımlarla ifadə olunur”, - hökumət başçısı qeyd edib.