BAKI, 1 avqust. TELEQRAF

Gürcüstan Baş naziri İrakli Kobaxidze Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 11-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib.

Teleqraf xəbər verir ki, hökumət başçısı ölkədə sülhün və sabitliyin təmin olunmasında qurumun xüsusi rolunu vurğulayıb.

İ.Kobaxidze qeyd edib ki, dünyadakı mürəkkəb geosiyasi vəziyyət və regiondakı ciddi təhlükəsizlik çağırışları fonunda xarici xüsusi xidmət orqanlarının və destruktiv qüvvələrin ölkədə sabitliyi pozmaq, hakimiyyəti zorla dəyişdirmək cəhdlərinin qarşısı uğurla alınıb:

"Ancaq təhdidlər hələ də qalmaqdadır".