BAKI, 30 iyul. TELEQRAF

Bütün ermənilərin katolikosu II Qareginlə bağlı cinayət işi üzrə ilk məhkəmə iclası avqustun 7-nə təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə onun vəkili Ara Zöhrabyan məlumat verib.

Məhkəmə iclası Eçmiədzin şəhərində keçiriləcək.

İttihama görə, II Qaregin Ali Ruhani Şuranın sədri kimi xidməti səlahiyyətlərindən istifadə edərək məhkəmənin iddianın təmin edilməsi tədbirinin tətbiqi ilə bağlı qərarının icrasına mane olub. Söhbət Masyatsotn yeparxiyasının keçmiş rəhbəri Arman Saroyanın dini rütbəsindən məhrum edilməsi barədə qərardan gedir.