BAKI, 23 iyul. TELEQRAF
Ermənistan hökuməti Ermənistan və Monqolustan arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında sazişə dəyişikliklər edilməsini nəzərdə tutan protokolun ratifikasiyasını təsdiqləyib.
Teleqraf xəbər verir ki, məsələ hökumətin iclasının məruzəsiz gündəliyinə daxil edilib.
Protokol 2025-ci il sentyabrın 24-də imzalanıb, 2018-ci il sentyabrın 28-də imzalanmış sazişə dəyişiklikləri nəzərdə tutur.
Hökumət qərara alıb ki, protokolda nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edilsin. Məhkəmənin müsbət qərarı olacağı təqdirdə ratifikasiya haqqında qanun layihəsi parlamentə təqdim olunacaq.