BAKI, 30 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan İranın keçmiş ali rəhbəri Əli Xameneinin dəfn mərasimində iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Rəsmi proqrama əsasən, vida mərasimi iyulun 4-ü səhər saat 06:00-da Tehranda İmam Xomeyni məscidində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Dəfn namazı iyulun 5-i səhər qılınacaq. Tehran, Qum və İraqda keçiriləcək mərasimlərdən sonra Əli Xamenei Məşhəddə (iyulun 9-da) dəfn olunacaq.