BAKI, 26 iyun. TELEQRAF
“Gürcüstan Rusiya ilə münasibətlərin normallaşdırılmasında praqmatik siyasətini davam etdirəcək”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Praqmatik siyasət yürütməyə davam edirik. Əlbəttə, bizim vəzifəmiz Gürcüstanla Rusiya arasındakı münaqişəni sülh yolu ilə həll etməkdir, burada qırmızı xətt ərazi bütövlüyünün bərpası (işğal edilmiş Abxaziya və Cənubi Osetiyanın qaytarılması – red.) ilə bağlıdır. Gürcüstan gələcəkdə də bu istiqamətdə praqmatik siyasət yürtməyə davam edəcək”, - Baş nazir bildirib.