BAKI, 26 iyun. TELEQRAF
“Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü mübarək olsun”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin (MN) sosial media hesabındakı paylaşımda bildirilib.
“Qardaş Azərbaycanın təhlükəsizliyi və əmin-amanlığı naminə gecə-gündüz yorulmadan xidmət edən qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq.
Biz hər zaman bir ürək, bir yumruq olmağa davam edəcəyik”, - MN vurğulayıb.
