BAKI, 12 iyun. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putini Rusiya Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, Ermənistan lideri təbrik məktubunda iki ölkənin bir-birinin suverenliyinə və milli maraqlarına hörmət etməsinin vacib olduğunu bildirib.

“Əminəm ki, Ermənistan və Rusiya xalqları arasında çoxşaxəli əlaqələr, eləcə də bir-birinin suverenliyinə və dövlət maraqlarına hörmət əsasında açıq və konstruktiv dialoqa qarşılıqlı istək ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsinə və bütün əməkdaşlıq imkanlarından istifadəyə töhfə verməyə davam edəcək”, - Nikol Paşinyan vurğulayıb.