BAKI, 5 iyun. TELEQRAF

“Gürcüstan Avropa İttifaqına (Aİ) qoşulmağın mənfi nəticələrini anlayır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Gürcüstanın hazırkı rəhbərliyi praqmatikdir, onlar Avropa İttifaqına sadiqliklərini təsdiqləyirlər, amma həm də başa düşürlər ki, bunu etmək kənd təsərrüfatı məhsulları ilə məşhur ölkə statusunun itirilməsi demək olacaq”, - nazir bildirib.

Lavrov qeyd edib ki, Aİ-yə qoşulduqdan sonra Gürcüstan kənd təsərrüfatı sektorundakı üstünlüklərini itirəcək, çünki ittifaqın kənd təsərrüfatı sahəsində maraqları olan öz ölkələri var.

Xarici işlər naziri həmçinin qeyd edib ki, hazırda Gürcüstanın ticarətinin 70 faizi Rusiya və digər MDB ölkələri ilə həyata keçirilir: “Əgər Tbilisi Avropaya inteqrasiya etmək qərarına gələrsə, bütün bunlar sual altına düşəcək”.