BAKI, 4 iyun. TELEQRAF

“Bu, Ermənistan və ABŞ-nin sülh, təhlükəsiz və çiçəklənən Ermənistan və region vizyonunun həyata keçirilməsində növbəti vacib addımdır”.

Teleqraf xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi bu gün İrəvanla Vaşinqton arasında “Tramp marşrutu” layihəsi üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin imzalanmasını belə qiymətləndirib.

“Bundan sonra Ermənistan və ABŞ “Tramp marşrutu”nun mümkün qədər qısa müddətdə yerində tətbiqini təmin etmək məqsədilə sazişin qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurları ardıcıl şəkildə həyata keçirəcək”, - Ermənistan XİN qeyd edib.

Xatırladaq ki, çərçivə sazişini bu gün onlayn şəkildə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio imzalayıb.