BAKI, 14 may. TELEQRAF

“Tramp marşrutu” ilə bağlı müvafiq sənədlər hazırlanma mərhələsindədir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

Mehri hissəsinin ümumi dəmir yolu şəbəkəsinə qoşulmasına gəlincə, nazir xəritədə jurnalistlərə Naxçıvandan Yerasxa (Arazdəyən), oradan isə şimal-şərqə və ya şimala Gümrüdən keçərək Qarsa gedən yolu göstərib.

“Layihənin həyata keçirilməsi üçün ayrı-ayrı hissələrin, məsələn, Yerasx və Axurikdə tikintisi də tələb olunacaq”, - Mirzoyan əlavə edib.