BAKI, 9 may. TELEQRAF

“Tramp Marşrutu” ilə əlaqəli keçidlərin dəqiqləşdirilməsinə ehtiyac yarandığı anda həmin məqamları ayrıca müəyyənləşdirəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan jurnalistlərə deyib.

O bildirib ki, bu, vaxt aparan proses olmayacaq.

Moskvanın Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli razılaşmaları xatırlatması və bu çərçivədə sərhədlərin delimitasiya ilə bağlı da razılaşmaların olması barədə suala Mqer Qriqoryan belə cavab verib:

“Kommunikasiyaların açılması ilə bağlı məsələlər həqiqətən də baş nazir müavinləri arasında üçtərəfli formatda müzakirə olunub, amma həmin işçi qrupunun mandatı yalnız bununla məhdudlaşıb. Delimitasiya ilə bağlı heç bir üçtərəfli müzakirəmiz olmayıb”.