BAKI, 6 may. TELEQRAF

“Rusiya Ermənistanın Avropa İttifaqına üzvlük və Azərbaycanla sülh proseslərinin irəliləməsindən qəzəblənib”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Styopa Safaryan deyib.

“Rusiyada proseslərin dayanmadığını, əksinə, irəlilədiyini görürlər. Bu da Rusiya rəsmilərini narahat edir, narahatlıqlarını və aqressivliklərini gizlətmirlər. Putinin deyə bilmədiklərini medvedevlər və marqaritasimonylar kobud şəkildə dilə gətirərək, sanksiyalarla hədələyirlər”, - o bildirib.

Safaryan Rusiyanın Ermənistanda istədiyinə nail olmasa, sanksiya tətbiq edəcəyini istisna etmir:

“Bəlkə də Rusiyadakı iş adamlarını Ermənistanın qərarlarına təsir edə bilmədiklərinə görə cəzalandırmağa başlayacaqlar. Əgər Ermənistanın qazını kəssələr, Ermənistan İran və Azərbaycandan qaz idxal edəcək, Lars yolunu bağlasalar, əllərini Cənubi Qafqazdan üzməli olacaqlar, Rusiyada yaşayan ermənilərə toxunsalar, bu, Moskva əleyhinə atmosferi qızışdıracaq. Başqa sözlə, Rusiya necə hərəkət edəcəyini bilmir”.