BAKI, 30 aprel. TELEQRAF

Ermənistan hökuməti "Sülh Şurasının Nizamnaməsinin ratifikasiyası haqqında" qanun layihəsini təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.

Məlumata görə, layihəyə əsasən, sənəd rəsmən dərc edildiyi gündən bir gün sonra qüvvəyə minəcək.

Ermənistan tərəfi Sülh Şurasının Nizamnaməsini 2026-cı il yanvarın 22-də imzalayıb. Sənədə həmçinin Azərbaycan, ABŞ, Türkiyə, Macarıstan, Qazaxıstan, Qətər və Argentina da imza atıb.

Sülh Şurası münaqişə zonalarında sabitliyin təşviqi və sülhün təmin edilməsini hədəfləyən beynəlxalq təşkilatdır. Təşkilat beynəlxalq hüquq çərçivəsində sülh quruculuğu üzrə qabaqcıl metodların hazırlanması və tətbiqi ilə məşğul olacaq.