BAKI, 29 aprel. TELEQRAF
Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyasının ofisində axtarış aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Qurum seçki rüşvəti vermək ittihamı üzrə açılan cinayət işi çərçivəsində bir qrup şəxsin saxlanıldığını bildirib.
Komitə qeyd edib ki, zəruri hallarda əlavə məlumat daha sonra veriləcək.